Putinin illik böyük mətbuat konfransının vaxtı açıqlanıb
· 1 mənbə
Rusiya Prezidenti Vladimir Putinin illik böyük mətbuat konfransı dekabrın 10-da keçiriləcək.
APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.
Bildirilib ki, “Vladimir Putinlə ilin yekunları” adlı tədbir yerli vaxtla saat 12:00-da başlayacaq.
Rusiya prezidenti canlı yayımda həm jurnalistlərin, həm də ölkə vətəndaşlarının suallarını cavablandıracaq.
Mənbə: APA · 26.11.2026, 10:08 · orijinal məqalə