Rutte Trampın iddiasına şübhə edir: Putin həqiqətən buna hazırdır?

· 1 mənbə

NATO-nun baş katibi Mark Rutte ABŞ prezidenti Donald Trampın Rusiya prezidenti Vladimir Putinin Ukraynada sülh danışıqlarına hazır olduğu ilə bağlı iddiasına münasibət bildirib.

Publika.az xəbər verir ki, bu barədə NATO-nun baş katibi “Fox News”a açıqlamasında deyib.

“Vladimir Putin danışıqlar masasına oturmağa hazırdırmı? Həqiqətən də danışıqlara hazırdırmı?" - Rutte bildirib.

Eyni zamanda, NATO-nun baş katibi Moskvaya təzyiq göstərməyə çağırıb və strategiyanın effektiv olduğunu bildirib.

Noyabrın 22-də Tramp “Truth Social”da Putinlə əl sıxarkən çəkilmiş şəklini paylaşıb. O, şəklin altına "Dostum" yazıb. Bundan əlavə, mətbuat konfransında Tramp onu Rusiya lideri Vladimir Putin və Çin prezidenti Si Cinpinlə dostluğuna görə tənqid edənləri "axmaqlar " adlandırıb.

Müəllif: Tural

Mənbə: Publika.az · 26.11.2026, 10:24 · orijinal məqalə

Bu barədə kim yazır

Publika.az saytında oxu