Qadının kömək çağırışı cavabsız qalmadı: Hücum edən şəxs tutuldu
· 1 mənbə
Sosial şəbəkələrdə vətəndaşın zorakılığa məruz qalması ilə bağlı görüntülər yayılıb.
Milli.Az xəbər verir ki, yayılan kadrlardan bir şəxsin qadının evinə basqın edərək pəncərələri sındırdığı, təhqiramiz ifadələr səsləndirdiyi görünür.
Bildirilib ki, hadisəni törədən Həsənli Abbas Tağı oğludur.
Qadın həyatının təhlükədə olduğunu bildirərək sosial şəbəkə vasitəsilə kömək istəyib.
Milli.Az-ın əldə etdiyi məlumata görə, zorakılıq edən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Müəllif: Aysel Əkbər (Milli.Az müxbir)
Mənbə: Milli.az · 26.11.2026, 18:00 · orijinal məqalə