Qaraçuxur poliklinikasında rentgen cihazı işləmir - ŞİKAYƏT/VİDEO
· 1 mənbə
Məsələ ilə bağlı TƏBİB-dən bildirildi ki, hazırda Bakı Baş Səhiyyə Mərkəzinin nəzdində yerləşən 43 nömrəli şəhər poliklinikasında rentgen kabinetində təmir işləri aparıldığı üçün fəaliyyəti müvəqqəti olaraq dayandırılıb. Bu müddət ərzində rentgen müayinəsinə ehtiyacı olan pasiyentlərin müayinələrinin davamlılığını təmin etmək məqsədilə onlara Suraxanı rayonu ərazisində yerləşən digər tibb müəssisələrinə, 23 və 42 nömrəli şəhər poliklinikalarına tibbi göndəriş verilir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.
Mənbə: Xəzər Xəbər · 28.11.2026, 21:04 · orijinal məqalə