Rusiya Kiyevə dronlarla hücum edib, ölən və yaralananlar var
· 1 mənbə
Rusiya ordusu Ukraynanın paytaxtı Kiyevə pilotsuz uçuş aparatları ilə hücum edib.
"Unian" xəbər verir ki, bu barədə Kiyev Şəhər Hərbi Administrasiyası teleqram kanalında məlumat yayıb.
Bildirilib ki, hücum nəticəsində bir qadın ölüb, aralarında azyaşlının da olduğu bir neçə nəfər xəsarət alıb.
Kiyevin Şevçenkovski rayonunda avtomobil yanıb, dronların qalıqları uşaq bağçasının ərazisinə düşüb. Uşaq bağçasının və yaxınlıqdakı beşmərtəbəli yaşayış binasının pəncərələrinin şüşələri sınıb.
Solomenski rayonunda isə inzibati binaya ziyan dəyib.
Mənbə: APA · 28.11.2026, 20:55 · orijinal məqalə