Qazaxda iki avtomobil toqquşub, dörd nəfər xəsarət alıb

· 2 mənbə

Qazax rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, rayon ərazisində hərəkətdə olan “Ford Transit” markalı avtomobillə digər minik avtomobili toqquşub.

Qəza nəticəsində 1968-ci il təvəllüdlü M. Qaraxanova, 1993-cü il təvəllüdlü A. Alıyeva, 2019-cu il təvəllüdlü Ş. Alıyev və 1970-ci il təvəllüdlü G. Alıyeva xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Onlara ilkin tibbi yardım göstərilib, hazırda vəziyyətlərinin kafi olduğu bildirilir.

Hadisə yerinə polis əməkdaşları cəlb olunublar.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: APA · 28.11.2026, 21:20 · orijinal məqalə

Bu barədə kim yazır

APA saytında oxu