Siyəzəndə üç azyaşlı kanala düşdü, ikisi xilas edildi

· 2 mənbə

Siyəzən rayonunda üç məktəbli kanala düşüb.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, azyaşlılardan ikisinin tapılaraq sağ xilas edildiyi bildirilir.

Hazırda digər uşağın tapılması istiqamətində axtarış-xilasetmə tədbirləri davam etdirilir.

Hadisə yerində Fövqəladə Hallar Nazirliyinin və Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşları cəlb olunublar.

İqbal Ziya

Mənbə: Oxu.az · 28.11.2026, 20:24 · orijinal məqalə

Bu barədə kim yazır

Oxu.az saytında oxu