Qəbul imtahanlarının yükünün azaldılması təklif olundu
· 2 mənbə
Son günlər ali təhsil müəssisələrinə qəbul imtahanları ilə bağlı müzakirələr yenidən aktuallaşıb.
Xezerxeber.az xəbər verir ki, “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əlməmməd Nuriyev qəbul sisteminin təkmilləşdirilməsi ilə bağlı fikirlərini bölüşüb. O, Dövlət İmtahan Mərkəzinin (DİM) illər ərzində qazandığı ictimai etimadın qorunmasının vacibliyini vurğulayıb: “Dövlət İmtahan Mərkəzini ölkəmizin ən şəffaf qurumlarından biri hesab edirəm. Gənclərin öz biliyi ilə universitetə daxil olmaq imkanına inamı illərlə qazanılmış böyük nailiyyətdir. DİM bu müddətdə qiymətləndirmə üsullarını da yeniləyib. Həmin işi davam etdirmək və genişləndirmək lazımdır”. Ə.Nuriyev bildirib ki, şagirdlərin düşünmə, yazılı ifadə və biliklərin tətbiqi bacarıqları daha dolğun qiymətləndirilməli, imtahan yükünə yenidən baxılmalıdır:
Mənbə: Xəzər Xəbər · 28.11.2026, 14:29 · orijinal məqalə