Qələmi masaya vurması ilə tanınmışdı - Putinin tərcüməçisi sirri açdı

· 1 mənbə

Rusiya Xarici İşlər Nazirliyinin (XİN) Linqvistik Təminat Departamentinin baş müşaviri Aleksey Sadıkov diqqətçəkən açıqlamalar verib.

Publika.az TASS-a istinadən xəbər verir ki, o, Rusiya lideri Vladimir Putinin ABŞ prezidentinin xüsusi elçiləri Stiven Uitkoff və Cared Kuşnerlə görüşü zamanı ortaya qoyduğu işinin özəlliklərindən danışıb.

"Uzun illərdir beynəlxalq münasibətlər, tərcümə, eləcə də mədəniyyətlərarası kommunikasiya tədrisi ilə məşğul olan bir insan kimi deyə bilərəm ki, müəyyən mənaları çatdırmaq üçün təkcə linqvistik deyil, həm də ekstralinqvistik vasitələrdən istifadə etmək olar. Bura intonasiya, modulyasiyalar və jest dili daxildir. Məlum halda da belə jestlərə, üsullara əl atmalı oldum", - deyə Sadıkov "Rossiya 1" telekanalının jurnalisti Pavel Zarubinə müsahibəsində bildirib.

O həmçinin qeyd edib ki, ardıcıl tərcümə zamanı tərcüməçi həmişə natiqdən asılı vəziyyətdə olur.

Qeyd edək ki, Aleksey Sadıkov 2008-ci ildə Moskva Dövlət Linqvistik Universitetini bitirib. Hazırda Rusiya XİN-in Linqvistik Təminat Departamentinin baş müşaviri vəzifəsini tutur və tez-tez beynəlxalq görüşlərdə Vladimir Putini müşayiət edir. Sadıkov o cümlədən 2025-ci ilin avqustunda Ankoricdə Rusiya və ABŞ prezidentlərinin danışıqlarında da tərcüməçi kimi çalışıb.

O, XİN-dəki fəaliyyəti ilə yanaşı, Rusiya Federasiyası Hökuməti yanında Maliyyə Universitetində linqvistlərin hazırlanması ilə məşğul olur və dosent kimi ingilis və ispan dillərini tədris edir.

Xatırladaq ki, noyabr ayında Putinin ABŞ prezidentinin xüsusi elçiləri Stiv Uitkoff və Cared Kuşnerlə görüşündən sonra Sadıkov sosial şəbəkələrin ulduzuna çevrilmişdi. Hər kəs onun mükəmməl ingilis dilindən çox, prezidentin sözlərini intonasiyasına qədər dəqiq tərcümə etməsi və qələmi masaya vurmasından danışırdı.

Müəllif: Tural

Mənbə: Publika.az · 29.11.2026, 16:31 · orijinal məqalə

Bu barədə kim yazır

Publika.az saytında oxu