Qeyri-hökumət təşkilatı qismində yaradılan fondların nizamnamə kapitalına dair yeni tələb qoyulur

· 1 mənbə

Qeyri-hökumət təşkilatı qismində yaradılan fondların nizamnamə kapitalına dair yeni tələb müəyyənləşir.

APA xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” qanuna təklif olunan dəyişiklikdə əksini tapıb.

Qüvvədə olan qanuna əsasən, Fond yaradılarkən onun nizamnamə kapitalı on min manatdan az olmamalıdır. Layihəyə əsasən, Fond yaradılarkən onun nizamnamə kapitalı yüz min manatdan az olmamalıdır.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.

Mənbə: APA · 27.11.2026, 11:57 · orijinal məqalə

Bu barədə kim yazır

APA saytında oxu