Alimentin 23 yaşadək ödənilməsi təklif olunur
· 2 mənbə
"Çünki dövlətimiz belə bir sosial-humanist siyasət həyata keçirib, büdcədən bu vəsaiti ayırırsa, valideynin də borcudur ki, öz övladı qarşısında öhdəliyini həyata keçirsin", - deyə M.İbrahimqızı əlavə edib.
M.İbrahimqızı Türkiyədə və Avropa ölkələrində bu istiqamətdə müvafiq qanunvericilik normalarının mövcud olduğunu vurğulayıb. O qeyd edib ki, həmin ölkələrdə nikah pozulduğu halda valideynin övladına ali təhsil müəssisəsini bitirənədək aliment ödəməsi məcburi öhdəlik kimi nəzərdə tutulur. Deputat müvafiq komitədən məsələnin araşdırılmasını və qanunvericilikdə həllini tapmasına dəstək göstərilməsini xahiş edib. Milli Məclisin sədri Sahibə Qafarova çıxışdan sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli ilə Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyevə məsələ ilə bağlı birlikdə arayış hazırlayaraq ona təqdim etməyi tapşırıb. Spiker bildirib ki, arayış təqdim edildikdən sonra məsələ müzakirə olunacaq.
Mənbə: Xəzər Xəbər · 27.11.2026, 11:58 · orijinal məqalə