“Qiyamət radiosu”ndan yeni sirli siqnal: Bu dəfə efirə hansı söz verildi?

· 1 mənbə

“Qiyamət radiosu” 26 noyabr 2026-cı ildə efirə növbəti müəmmalı sözlə çıxıb.

Publika.az xəbər verir ki, bu barədə "UVB-76 logs" adlı kanalın “MAX” platformasındakı paylaşımında məlumat verilib.

Bildirilib ki, radionun efirində koordinatlara bənzəyən rəqəmlər də səsləndirilib.

Belə ki, mənbənin yaydığı məlumatda "NZHTI 01975 POKAZYVANIYE 2158 6888" ifadəsi yer alıb.

Qeyd edək ki, hazırda “vızıltı” kimi tanınan radio stansiyası xüsusi fəallıq nümayiş etdirmir. O, bir neçə gündən bir müəmmalı mesaj yayımlayır. Lakin bu sakitlik hər zaman müşahidə olunmur. Bəzən radio stansiyası gün ərzində beş-altı söz ötürməyə başlayır. Bu, adətən, mühüm siyasi hadisələr ərəfəsində baş verir.

Müəllif: Valeh

Mənbə: Publika.az · 26.11.2026, 17:40 · orijinal məqalə

Bu barədə kim yazır

Publika.az saytında oxu