“PlayStation”ın yaradıcısından proqnoz: Oyun konsolları tarixə qovuşa bilər

· 1 mənbə

“PlayStation”ın yaradıcılarından biri, “Sony” şirkətinin keçmiş rəhbəri Ken Kutaraqi gələcəkdə ənənəvi oyun konsollarına ehtiyac qalmaya biləcəyini bildirib.

Publika.az xəbər verir ki, bu barədə “GamesRadar­" nəşri məlumat yayıb.

Bildirilib ki, videokartların bahalaşması, operativ yaddaş çatışmazlığı və süni intellektin sürətli inkişafı oyun avadanlıqları bazarında vəziyyəti çətinləşdirir. “Sony” və “Microsoft”un kompüterlərə yaxın arxitekturaya malik konsollara keçidi oyunların müxtəlif platformalar üçün hazırlanmasını asanlaşdırsa da, cihazların qiymətini artırıb.

Kutaraqi güclü oyun kompüterlərinin qiymətini avtomobillərlə müqayisə edib. O əlavə edib ki, serverlərdə işləyən süni intellekt platformalarının inkişafı gələcəkdə nə ənənəvi konsollara, nə də smartfonlara bənzəyən daha yüngül cihazların yaranmasına səbəb ola bilər.

Müəllif: Roza

Mənbə: Publika.az · 26.11.2026, 17:54 · orijinal məqalə

Bu barədə kim yazır

Publika.az saytında oxu