"Qızım məktəbi qızıl medalla bitirib, universitetə qəbul olub" - Manana Çaparidze

· 1 mənbə

Əməkdar artist Manana Çaparidze övladları Elizabet və David haqqında danışıb.

Milli.Az xəbər verir ki, müğənni "Qonaqcanlı" verilişində qızının universitetdə oxuduğunu deyib. O bildirib ki, Elizabet hüquq sahəsində təhsil alır:

"Qızım məktəbi qızıl medalla bitirib. Öz biliyi ilə universitetə qəbul olub. Hüquq sahəsini seçib, onunla fəxr edirik. Oğlumun isə 12 yaşı var. Çox məsuliyyətli, mədənidir. İdmanı, musiqini sevir. Məktəbdə əla oxuyur". (Axşam.az)

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Mənbə: Milli.az · 25.11.2026, 19:18 · orijinal məqalə

Bu barədə kim yazır

Milli.az saytında oxu