Qvardioladan etiraf: Neymarı dilə tutub ki, “Barsa”ya keçməsin
· 1 mənbə
Pep Qvardiola Neymarla işləmək istədiyini etiraf edib.
Publika.az xəbər verir ki, Qvardiola bu barədə Romarioya verdiyi müsahibədə deyib:
“Neymarı çalışdırmaq istərdim. “Barselona”dan “Bavariya”ya keçəndə UEFA-nın iclası keçirildi və onun “Barselona”ya keçəcəyi ilə bağlı şayiələr yayıldı, amma insanlar müqavilənin hələ tam bağlanmadığını da deyirdilər.
Biz eyni otaqda oturmuşduq və mən onu “Bavariya”ya keçməyə razı salmağa çalışırdım. Futbol haqqında bir az danışdıq və sonra o, “Barselona”ya keçmək qərarına gəldi”.
Publika.az
Mənbə: Publika.az · 26.11.2026, 10:54 · orijinal məqalə