Meksikalı futbolçu Luis Alberto Rios Çaves güllələnərək öldürülüb

· 1 mənbə

Meksikalı futbolçu Luis Alberto Rios Çaves həvəskar komandaların matçından sonra güllələnib.

"Report" "TV Azteca"ya istinadən xəbər verir ki, hadisə Quanaxuato ştatının İrapuato şəhərindəki "La Estrelya" meydançasında baş verib.

Motosikletlə hərəkət edən silahlı şəxslər görüşdən sonra idman kompleksinin ərazisində olan oyunçuya atəş açıblar. 26 yaşlı Çaves aldığı yaralardan hadisə yerindəcə dünyasını dəyişib. Hücum nəticəsində daha bir nəfər xəsarət alıb və xəstəxanaya yerləşdirilib.

Cinayətkarlar ərazidən qaçıblar. Polis hadisə ilə bağlı araşdırmalara başlayıb, cinayətin motivləri hələlik müəyyən edilməyib.

Qeyd edək ki, Rios Çaves əvvəllər Meksika çempionatının aşağı divizionlarında "Atletiko San-Fransisko"nun formasını geyinib. O, son vaxtlar həvəskar "Arandas" klubunda çıxış edib, həmçinin "Loros" futbol akademiyasında uşaq məşqçisi kimi çalışıb.

Mənbə: Report · 26.11.2026, 10:44 · orijinal məqalə

Bu barədə kim yazır

Report saytında oxu