Rusiya dəhşətli döyüş kadrları yaydı - Kolomiytsı belə zəbt edildi

· 1 mənbə

Rusiya Silahlı Qüvvələri Xüsusi Hərbi Əməliyyat (SVO) zonasında daha bir yaşayış məntəqəsini nəzarətə götürüb.

Publika.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilir.

Nazirliyin açıqlamasına görə, Dnepropetrovsk vilayətinin Kolomiytsı kəndi Rusiya ordusunun nəzarətinə keçib. Məlumatda o da qeyd edilib ki, "Vostok" qoşun qruplaşmasının bölmələri qarşı tərəfin döyüşçülərini yaşayış məntəqəsindən sıxışdırıb çıxarıb.

Rusiyanın güc strukturlarından TASS agentliyinə bildirilib ki, kənd uğrunda gedən döyüşlərdə hərbçilər 400-dən çox tikilini hərbçilərdən "təmizləyib" və Ukrayna qüvvələri ciddi itkilər verib. Belə ki, əməliyyat zamanı iki taqımdan çox canlı qüvvə, beş zirehli döyüş maşını, 12-dən çox avtomobil texnikası, eləcə də 30-a yaxın heksakopter məhv edilib.

Müəllif: Tural

Mənbə: Publika.az · 29.11.2026, 14:45 · orijinal məqalə

Bu barədə kim yazır

Publika.az saytında oxu