Rusiya ordusu Zaporojyeyə zərbə endirib, ölənlər var
· 1 mənbə
Rusiya ordusu ötən gecə Ukraynanın Zaporojye şəhərinə zərbələr endirib.
Bu barədə “Ukrainskaya Pravda” Zaporojye Regional Hərbi Administrasiyasının rəhbəri vəzifəsini icra edən Mixailo Semikin və vilayət Müdafiə Şurasının sədri İvan Fedorova istinadən məlumat yayıb.
Hücumlar nəticəsində 2 nəfər həlak olub, 40 nəfər yaralanıb. Yaralılar arasında uşaqlar da var.
Hücum nəticəsində mülki infrastruktura ziyan dəyib.
Mənbə: APA · 24.11.2026, 10:50 · orijinal məqalə