Rusiya və Türkiyə Qara dəniz vasitəsilə taxıl tədarükünün bərpasını müzakirə ediblər
· 1 mənbə
Bakı.Trend:
Rusiya və Türkiyə Qara dəniz vasitəsilə taxıl tədarükünün bərpası məsələsini müzakirə ediblər. Hər iki ölkə bu məsələdə maraqlıdır.
TASS-ın məlumatına görə, bunu Rusiyanın Baş nazirinin müavini Aleksandr Novak Rusiya-Türkiyə biznes forumunun kuluarlarında jurnalistlərə açıqlamasında bildirib.
“Əlbəttə, bu məsələni müzakirə etmişik. Türkiyə də, biz də bununla maraqlıyıq. Logistika və təhlükəsizlik məsələlərini müzakirə etdik. Bütün bunlar gündəmdədir”, – deyə o, müvafiq suala cavabında bildirib.
Qeyd edək ki, Rusiya, Türkiyə, Ukrayna və BMT arasında 2022-ci il iyulun 22-də imzalanmış Qara dəniz Taxıl Təşəbbüsü Ukraynanın Odessa, Çornomorsk və Pivdennı limanlarından taxıl və digər ərzaq məhsullarının təhlükəsiz ixracına imkan yaradırdı. Rusiya 2023-cü il iyulun 17-də sazişdə iştirakını dayandırıb. Moskva bu qərarı Rusiyanın taxıl və gübrə ixracı qarşısındakı maneələrin, o cümlədən Rosselxozbankın SWIFT sisteminə yenidən qoşulması və logistika ilə sığorta sahəsindəki problemlərin aradan qaldırılmaması ilə əsaslandırıb.
Mənbə: Trend · 27.11.2026, 14:57 · orijinal məqalə