Rusiyada qubernator korrupsiya şübhəsi ilə saxlanılıb

· 2 mənbə

Rusiyanın Murmansk vilayətinin qubernatoru Andrey Çibis saxlanılıb.

APA-nın Rusiya bürosunun məlumatına görə, hazırda Moskvada onunla bağlı istintaq hərəkətləri aparılır.

Bildirilib ki, Çibis Murmansk vilayətinin qapalı inzibati-ərazi vahidlərində korrupsiya faktları ilə bağlı aparılan araşdırma çərçivəsində mənimsəmədə şübhəli bilinir.

Rusiya, Murmansk, Andrey Çibis, qubernator, saxlanılma, korrupsiya, mənimsəmə, istintaq

Mənbə: APA · 23.11.2026, 20:13 · orijinal məqalə

Bu barədə kim yazır

Qafqazinfo Rusiyada qubernator saxlanıldı

APA saytında oxu