Rusiyadan “Tramp marşrutu"na sərt reaksiya: "...yolverilməzdir"

· 1 mənbə

"“Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu” (TRIPP) layihəsinin həyata keçirilməsi Rusiya və İranın maraqlarına xələl gətirməməlidir".

Modern.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

Onun sözlərinə görə, “Tramp yolu” ilə bağlı, xüsusilə İran tərəfdaşları tərəfindən tənqidlər səsləndirilir.

“Onlar bildirirlər ki, İranın şimal sərhədində ABŞ-ın hərbi komponentinin istənilən formada fiziki mövcudluğu Tehranın razılaşa bilməyəcəyi məsələdir.

Biz hesab edirik ki, layihənin həyata keçirilməsi zamanı ölkəmizin və bu barədə mövqeyini açıqlayan İranın maraqlarının nəzərə alınmaması yolverilməzdir. Bu layihə regionda yeni ayırıcı xətlər yaratmamalıdır. Əks halda, bu nəqliyyat-logistika təşəbbüsü uğursuzluğa məhkum olacaq”, – deyə Zaxarova vurğulayıb.

Mənbə: Modern.az · 27.11.2026, 09:08 · orijinal məqalə

Bu barədə kim yazır

Modern.az saytında oxu