S&P korporativ idarəetmə ilə bağlı narahatlıqlar səbəbindən Nvidia-nın kredit reytinqini aşağı sala bilər

· 1 mənbə

Reytinq agentliyi bildirib ki, 90 günlük qiymətləndirmənin nəticələrinə əsasən Nvidia-nın hazırkı «AA» kredit reytinqi (üçüncü ən yüksək səviyyə) aşağı salına bilər. Bununla əlaqədar şirkət «mənfi» proqnozla CreditWatch müşahidə siyahısına daxil edilib.

«Araşdırmalar və ya yeni məlumatların açıqlanması nəticəsində Nvidia-nın nüfuzuna, yaxud gələcək biznes perspektivlərinə zərər dəydiyi müəyyən edilməzsə, kredit reytinqinin mümkün endirilməsinin bir pillə ilə məhdudlaşacağını gözləyirik», – deyə S&P Global Ratings-in bəyanatında bildirilir.

Mənbə: Banker.az · 26.11.2026, 09:15 · orijinal məqalə

Bu barədə kim yazır

Banker.az saytında oxu