Moskva anons etdi: İran MDB-yə qoşulur

· 1 mənbə

İran "MDB+" formatında iştirakçı statusu alan ilk dövlət ola bilər və bu məsələ hazırda nəzərdən keçirilir.

Publika.az xəbər verir ki, bunu MDB-nin baş katibi Sergey Lebedev Birliyin 35 illiyi ilə bağlı TASS agentliyinə verdiyi müsahibədə bildirib.

Lebedevin sözlərinə görə, Tehranın MDB ilə yeni formatda əməkdaşlıq etmək marağını İran Prezidenti Məsud Pezeşkian oktyabrın 9-da Türkmənistanın Avaza şəhərində keçirilən MDB sammitində dilə gətirib. Təşəbbüs MDB ölkələri arasında maraq doğurub və böyük müsbət rəylər alıb.

MDB-nin baş katibi qeyd edib ki, "bu formatın İrana ilk dövlət kimi təqdim edilməsi məsələsi hazırda həll olunur".

Müstəqil Dövlətlər Birliyi (MDB) 8 dekabr 1991-ci ildə Rusiya, Belarus və Ukrayna liderləri tərəfindən Belovej Sazişlərinin imzalanmasından sonra yaradılıb.

Müəllif: Tural

Mənbə: Publika.az · 26.11.2026, 09:24 · orijinal məqalə

Bu barədə kim yazır

Publika.az Moskva anons etdi: İran MDB-yə qoşulur

Publika.az saytında oxu