“Sabah” - “Barselona” oyunu öncəsi ölüm faktı qeydə alınıb

· 1 mənbə

Bakı. Trend:

Ötən gün saat 20:25 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Sabunçu rayonu, Milli Olimpiya Stadionundan çağırış qeydə alınıb.

Bu barədə Trend-in sorğusuna cavab olaraq, TƏBİB-dən məlumat verilib.

Qeyd edilib ki, çağırış ünvanına təcili tibbi yardım briqadası göndərilib.

"Təcili tibbi yardım briqadası tərəfindən 1 nəfərin (kişi) həkiməqədər ölüm faktı qeydə alınıb", - deyə əlavə edilib.

Mənbə: Trend · 26.11.2026, 11:08 · orijinal məqalə

Bu barədə kim yazır

Trend saytında oxu