Sabah bu rayonda işıqlar 3 saatlıq sönəcək
· 2 mənbə
Naxçıvan Muxtar Respublikası (MR) Şahbuz rayonunda noyabrın 28-də elektrik enerjisinin verilişində fasilə olacaq.
"Azərişıq" ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satışı İdarəsindən (RETSİ) Publika.az-a verilən məlumata görə, sabah 110/35 kV-luq Xalxal yarımstansiyasından çıxan 35 kV-luq Şahbuz hava elektrik xəttində təmir işləri aparılacaq.
Bununla əlaqədar saat 10:00-dan 13:00-dək rayon ərazisində elektrik enerjisinin verilişi dayandırılacaq.
Mənbə: Publika.az · 27.11.2026, 19:30 · orijinal məqalə
Bu barədə kim yazır
Publika.az
Sabah bu rayonda işıqlar 3 saatlıq sönəcək