Azərbaycanda qarabaşaq bahalaşacaq?

· 1 mənbə

Qeyd edək ki, Azərbaycan Avrasiya İqtisadi İttifaqının üzvü deyil. Bu səbəbdən Rusiyanın ixrac məhdudiyyətinin Azərbaycan istiqamətindəki tədarüklərə də təsir göstərməsi mümkündür.

Rusiyada qarabaşaq istehsalı və ehtiyatları azalmaqda davam edir. Ölkədə 2025-ci ildə qarabaşaq yığımı 926 min tona düşüb. 2026-cı ildə isə bu bitkinin əkin sahəsi 751 min hektardan 708 min hektara qədər azalıb.

Bundan başqa, 2026-cı il oktyabrın 1-nə Rusiyanın tədarük və emal müəssisələrində qarabaşaq ehtiyatları 130 min ton təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 29,4 faiz azdır.

Rusiya 2026-cı ilin ilk 10 ayında təxminən 65 milyon dollar dəyərində qarabaşaq ixrac edib. Ən böyük alıcı Çin olub. Bu ölkəyə yanvar-oktyabr aylarında 56 milyon dollar dəyərində təxminən 157 min ton qarabaşaq göndərilib.

Beləliklə, Rusiyanın ixraca qoyduğu məhdudiyyət və istehsal-ehtiyat göstəricilərindəki azalma Azərbaycan bazarında qarabaşaq qiymətinə təsir göstərə biləcək amillərdən biri olacaq. (trend)

Mənbə: Xəzər Xəbər · 27.11.2026, 18:59 · orijinal məqalə

Bu barədə kim yazır

Xəzər Xəbər Azərbaycanda qarabaşaq bahalaşacaq?

Xəzər Xəbər saytında oxu