“Sabah” klubu “Barselona” ilə oyuna çıxır

· 1 mənbə

UEFA Çempionlar Liqasının Liqa mərhələsində 5-ci turun oyunları davam edir.

Modern.az xəbər verir ki, bu gün Azərbaycan təmsiçisi “Sabah” da meydana çıxacaq.

Komandamız İspaniyanın titullu “Barselona” klubunu qəbul edəcək.

Bakı Olimpiya stadionunda keçiriləcək görüş saat 21:45-də başlayacaq.

"Barselona" hazırda 9 xalla 8-ci, "Sabah" isə 3 xalla 30-cu pillədə qərarlaşıb.

25 noyabr

Çempionlar Liqası 5-ci tur, Liqa mərhələsi

21:45 “Sabah” (Azərbaycan) – “Barselona” (İspaniya)

Hakimlər: Nikolas Uolş (Şotlandiya) Bakı Olimpiya Stadionu.

Mənbə: Modern.az · 25.11.2026, 08:54 · orijinal məqalə

Bu barədə kim yazır

Modern.az saytında oxu