Sabah Şahbuzda işıq kəsiləcək

· 1 mənbə

Naxçıvan Muxtar Respublikası (MR) Şahbuz rayonunda noyabrın 28-də elektrik enerjisinin verilişində fasilə olacaq.

"Azərişıq" ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satışı İdarəsindən (RETSİ) "Report"un yerli bürosuna verilən məlumata görə, sabah 110/35 kV-luq Xalxal yarımstansiyasından çıxan 35 kV-luq Şahbuz hava elektrik xəttində təmir işləri aparılacaq.

Bununla əlaqədar saat 10:00-dan 13:00-dək rayon ərazisində elektrik enerjisinin verilişi dayandırılacaq.

Mənbə: Report · 27.11.2026, 16:38 · orijinal məqalə

Bu barədə kim yazır

Report Sabah Şahbuzda işıq kəsiləcək

Report saytında oxu