Şahbuzda sabah 3 saat işıq olmayacaq
· 1 mənbə
Naxçıvan Muxtar Respublikası (MR) Şahbuz rayonunda noyabrın 28-də elektrik enerjisinin verilişində fasilə olacaq.
"Azərişıq" ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satışı İdarəsindən (RETSİ) Modern.az-a verilən məlumata görə, sabah 110/35 kV-luq Xalxal yarımstansiyasından çıxan 35 kV-luq Şahbuz hava elektrik xəttində təmir işləri aparılacaq.
Bununla əlaqədar saat 10:00-dan 13:00-dək rayon ərazisində elektrik enerjisinin verilişi dayandırılacaq.
Mənbə: Modern.az · 27.11.2026, 17:54 · orijinal məqalə
Bu barədə kim yazır
Modern.az
Şahbuzda sabah 3 saat işıq olmayacaq