Sumqayıtda avtomobilin vurduğu piyada ölüb

· 4 mənbə

Bakı. Trend:

Bakının Sabunçu rayonunda avtomobilin vurduğu 27 yaşlı piyada xəstəxanada ölüb.

Trend-in məlumatına görə, noyabrın 22-də 21 yaşlı Bünyad Cəfərovun idarə etdiyi “Toyota Prius” markalı avtomobil yolu keçmək istəyən Çərkəz Fətullayevi vurub.

Piyada aldığı xəsarətlərdən həmin gün Sabunçu Tibb Mərkəzində ölüb.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.

Cəlilabadda da oxşar hadisə qeydə alınıb. Belə ki, avtomobilin vurduğu 69 yaşlı piyada xəstəxanada ölüb.

Noyabrın 21-də Pərviz Kərimovun idarə etdiyi “Ford Transit Tourneo” markalı yük avtomobili yolu sağdan sola keçmək istəyən 1956-cı il təvəllüdlü Nadir Əmənovu vurub.

Nadir Əmənov aldığı xəsarətlərdən noyabrın 23-də Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında ölüb.

Faktla bağlı Cəlilabad Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.

Mənbə: Trend · 24.11.2026, 09:35 · orijinal məqalə

Bu barədə kim yazır

Report saytında oxu