Suriyada İŞİD-in hücumları nəticəsində iki təhlükəsizlik əməkdaşı ölüb
· 1 mənbə
Suriyanın şimal-şərqində yerləşən Həsəkə əyalətində İŞİD terror təşkilatının törətdiyi iki hücum nəticəsində ölkənin daxili təhlükəsizlik qüvvələrinin iki əməkdaşı həlak olub, daha beş nəfər yaralanıb.
“Syria TV” telekanalının məlumatına görə, bu barədə Suriyanın daxili təhlükəsizlik qüvvələri açıqlama yayıb.
Bildirilib ki, terror hücumlarında İŞİD-in dörd silahlısı iştirak edib.
Təhlükəsizlik qüvvələrinin məlumatına görə, qarşıdurmalar zamanı hücum edən şəxslərdən ikisi zərərsizləşdirilib, digər ikisi isə ölüb.
Mənbə: APA · 26.11.2026, 01:57 · orijinal məqalə