Tbilisidə etiraz aksiyası keçirildi
· 1 mənbə
Gürcüstanın paytaxtı Tbilisidə müxalif siyasi qüvvənin minlərlə nümayəndəsi, onların tərəfdarları və vətəndaş fəallarının iştirak etdiyi etiraz aksiyası keçirilib.
Publika.az xəbər verir ki, nümayişçilər ölkənin hazırkı xarici siyasət kursuna etirazlarını bildirmək üçün toplaşıblar.
Tədbirin keçirilməsi üçün noyabrın 28-i təsadüfi seçilməyib. Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin respublikanın 2028-ci ilədək Avropa İttifaqından quruma üzvlüklə bağlı danışıqlara başlamağı tələb etmək niyyətində olmadığını bəyan etdiyi gündən iki il ötür. Mitinq iştirakçıları hakimiyyətə bu mövqeyi xatırlatmaq qərarına gəliblər.
Etirazçılar şəhərin iki əsas nöqtəsində – İlya Çavçavadze prospektində yerləşən İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin birinci korpusunun qarşısında və “Avlabari” metro stansiyasının yaxınlığında toplaşıblar. Daha sonra nümayişçilərin yürüş dəstələri ilkin toplanış yerlərindən bir neçə kilometr məsafədə yerləşən Azadlıq meydanına doğru hərəkət ediblər. Təhlükəsizliyi təmin etmək və piyadaların maneəsiz hərəkətinə şərait yaratmaq məqsədilə yürüş marşrutları boyunca avtomobillərin hərəkəti müvəqqəti dayandırılıb.
Bundan əvvəl Kobaxidze Tbilisinin xarici agentlər haqqında qanunu yan keçməklə müxalifətin etiraz aksiyalarının Avropa İttifaqı tərəfindən maliyyələşdirilməsindən şübhələndiyini bildirib. Bununla yanaşı, hökumət başçısı daha əvvəl Gürcüstan hakimiyyətinin Avropa İttifaqı ilə dialoqa başlamaq istədiyini qeyd edib. Onun sözlərinə görə, hər iki tərəf müvafiq addımlar atmalı, dialoq isə siyasi səviyyədə, açıq və şəffaf şəkildə aparılmalıdır.
Hüseyn İbadlı
Mənbə: Publika.az · 28.11.2026, 23:48 · orijinal məqalə