Tiaqo Silva 42 yaşında da futbolçu karyerasını davam etdirmək niyyətindədir
· 1 mənbə
Bakı. Trend:
Braziliyalı müdafiəçi Tiaqo Silva 42 yaşında da peşəkar futbolçu karyerasını davam etdirməyi planlaşdırır.
Təcrübəli futbolçu fiziki vəziyyətindən razıdır və ailəsi də onun daha bir mövsüm yaşıl meydanlarda çıxış etməsini dəstəkləyir.
Silvanın karyerasını davam etdirmək üçün ilk seçimi “Fluminense” klubudur. Braziliya təmsilçisi də müdafiəçi ilə müqavilənin müddətini 2027-ci ilin sonunadək uzatmaq istəyir.
Mənbə: Trend · 24.11.2026, 23:17 · orijinal məqalə