Tolyattidə PUA hücumundan sonra sənaye müəssisəsində yanğın başlayıb
· 1 mənbə
Tolyattidə (Rusiya) pilotsuz uçuş aparatlarının hücumu nəticəsində "Tolyattikauçuk" zavodunda yanğın baş verdiyi ehtimal olunur.
"Report" xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Samara vilayətinin qubernatoru Vyaçeslav Fedorişev regionun sənaye müəssisələrinə hücumu təsdiqləyib.
Qeyd olunub ki, zavod oktyabrın 24-də də hücuma məruz qalıb.
"Tolyattikauçuk" taktiki və ballistik raketlər üçün bərk raket yanacağının istehsalında istifadə olunan sintetik kauçuklar hazırlayır.
Mənbə: Report · 29.11.2026, 11:36 · orijinal məqalə