Şəmkir, Lerik və Yevlaxda duman müşahidə olunur - FAKTİKİ HAVA

· 2 mənbə

Noyabrın 29-u saat 11:00-a olan məlumata əsasən ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib.

Bu barədə APA-ya Milli Hidrometeorologiya Xidmətindən xəbər verilib.

Düşən yağıntının miqdarı Quba, Qusar, Naxçıvanda 1 mm-dək olub.

Şəmkir, Lerik, Yevlaxda duman müşahidə olunur. Görünüş məsafəsi 500 m-dək məhdudlaşır. Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 10° isti, Naxçıvan MR-da 4° şaxtadan 2°-dək isti, Aran rayonlarında 3° isti, dağlıq ərazilərdə 1°-dək isti qeydə alınıb.

Mənbə: APA · 29.11.2026, 11:18 · orijinal məqalə

Bu barədə kim yazır

APA saytında oxu