Torpaqların qiyməti bu səbəbdən artacaq - VİDEO

· 1 mənbə

Həyətyanı torpağın plan-ölçü sənədi çıxarış almağa əsas verəcək.

Xezerxeber.az xəbər verir ki, məsələ Milli Məclisin plenar iclasında müzəkirəyə çıxarılan "Daşınmaz əmlakın dövlət reyestri haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. Bildirilib ki, torpaq islahatı zamanı vətəndaşlara verilən həyətyanı sahələr üçün 2006-cı il iyulun 6-dək mülkiyyət şəhadətnaməsi tərtib edilirdi. Həmin tarixdən şəhadətnamələrin verilməsi dayandırılıb.

O vaxtadək müraciət etməyən vətəndaşların bir qismi sonradan yalnız plan-ölçü sənədi alıb. Bu sənədlə torpaq üzərində mülkiyyət hüququnu qeydiyyata aldırmaq mümkün olmayıb. Millət vəkili Azər Badamov bildirib ki, yeni təkliflə, bu sənədlər torpağa mülkiyyət hüququnu dövlət reyestrində qeydiyyata almağa əsas verə bilər.

Mənbə: Xəzər Xəbər · 27.11.2026, 21:40 · orijinal məqalə

Bu barədə kim yazır

Xəzər Xəbər Torpaqların qiyməti bu səbəbdən artacaq - VİDEO

Xəzər Xəbər saytında oxu