Tramp İsraili İranla səhv saldı: “Orduları məhv edilib”

· 1 mənbə

ABŞ prezidenti Donald Tramp İsrailin yeni rəhbərliyi ilə əməkdaşlıq məsələsinə dair suala cavab verərkən, İsraili İranla səhv salaraq bu ölkənin silahlı qüvvələrinin məhv edildiyini bildirib.

Publika.az xəbər verir ki, bu barədə “Avropa Pravda” nəşri məlumat yayıb.

Hadisə noyabrın 26-da jurnalistlərdən birinin Trampdan İsrailin baş naziri Benyamin Netanyahuya zəng etməyi planlaşdırıb-planlaşdırmadığını və ABŞ-ın ölkənin yeni rəhbərliyi ilə əməkdaşlığa hazır olub-olmadığını soruşması zamanı baş verib.

Tramp isə cavabında, ehtimal ki, İranı nəzərdə tutaraq, ölkənin hərbi imkanlarının məhv edildiyini deyib.

“Biz onlara ağıllı davranmaq üçün şans verməyə çalışırıq. Onların silahlı qüvvələri yoxdur. Orduları, hərbi hava qüvvələri, donanması və hava hücumundan müdafiə sistemləri məhv edilib”, - deyə ABŞ prezidenti bildirib.

O, həmçinin ABŞ-ın İranın nüvə obyektlərini məhv etdiyini, İranın isə buna qarşı heç nə edə bilmədiyini iddia edib. Tramp ABŞ-ın İranda yeraltı nüvə obyektinin yerləşdiyi “Pikaks” dağına zərbə endirə biləcəyini də istisna etməyib. “Amma onların razılaşma əldə etməsi yaxşı olardı”, - deyə o əlavə edib.

Akqabay

Mənbə: Publika.az · 27.11.2026, 13:24 · orijinal məqalə

Bu barədə kim yazır

Publika.az saytında oxu