Moda əfsanəsi vəfat etdi
· 2 mənbə
1960-1970-ci illərdə dünya modasının formalaşmasına mühüm töhfələr vermiş əfsanəvi alman supermodeli Veruşka 87 yaşında vəfat edib.
“Qafqazinfo” xəbər verir ki, parlaq karyerası ərzində o, dəfələrlə “Vogue” jurnalının üz qabığını bəzəyib, eyni zamanda, “Karl Lagerfeld”, “Yves Saint Laurent” və “Valentino” kimi moda nəhənglərinin əsas ilham mənbələrindən biri olub.
Veruşkanın yaradıcılığı təkcə podiumlarla məhdudlaşmayıb. O, kino sahəsində də iz qoyaraq kult sayılan “Blow-Up” ekran əsərində, eləcə də, 2006-cı ildə çəkilmiş məşhur Ceyms Bond filmi “Casino Royale”da yaddaqalan rollar canlandırıb.
Mənbə: Qafqazinfo · 27.11.2026, 04:45 · orijinal məqalə
Bu barədə kim yazır
Qafqazinfo
Moda əfsanəsi vəfat etdi
Modern.az
Əfsanəvi supermodel vəfat etdi - FOTOLAR