Tramp NATO rəhbəri ilə Ukrayna münaqişəsini müzakirə edib

· 1 mənbə

Bakı.Trend:

ABŞ Prezidenti Donald Tramp və NATO-nun baş katibi Mark Rutte Ukraynada münaqişənin mümkün qədər tez nizamlanmasının və onun genişlənməsinin qarşısının alınmasının vacibliyini bəyan ediblər.

Bu barədə TASS məlumat yayıb.

Tərəflər Ukrayna ilə yanaşı İran münaqişəsi ətrafında da fikir mübadiləsi aparıb. Sənəddə qeyd olunur ki, “görüş çox məhsuldar olub, əsas müzakirə mövzuları Rusiya-Ukrayna müharibəsi və İrandakı münaqişə olub”.

“Biz həmçinin Rusiyanın müharibənin qəsdən və ya bilmədən genişlənməsinə səbəb ola biləcək hər hansı addımdan çəkinməsinin, eləcə də mümkün qədər tez sülh yolu ilə nizamlanmanın təmin edilməsinin vacibliyini müzakirə etdik”, – deyə Ağ Evin Floridada yerləşən Mar-a-Laqo iqamətgahında noyabrın 25-də keçirilən görüşün yekunlarına dair Tramp və Ruttenin birgə bəyanatında bildirilib.

ABŞ Prezidenti və NATO-nun baş katibi görüşü “əla” qiymətləndiriblər.

“Bundan əlavə, müdafiə xərclərinin və ABŞ-də, eləcə də NATO-ya üzv bütün ölkələrdə sənaye bazamıza kapital qoyuluşlarının daha da artırılmasının vacibliyini müzakirə etdik”, – deyə onlar bildiriblər.

Mənbə: Trend · 26.11.2026, 12:46 · orijinal məqalə

Bu barədə kim yazır

Trend saytında oxu