Tramp sabah NATO-nun Baş katibi ilə görüşəcək
· 1 mənbə
ABŞ Prezidenti Donald Tramp noyabrın 25-də Floridada NATO-nun Baş katibi Mark Rutte ilə görüşəcək.
APA xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti tərəfindən yayılan prezidentin iş qrafikində bildirilib.
“Reuters”in məlumatına görə, görüş Floridanın Palm-Biç şəhərində keçiriləcək.
Görüş mətbuat üçün qapalı olacaq.
Mənbə: APA · 24.11.2026, 11:45 · orijinal məqalə