Ukrayna Milad bayramına qədər Avropanın iştirakı ilə danışıqların keçirilməsinə ümid edir
· 1 mənbə
Ukrayna, Rusiya, ABŞ və Avropa tərəfdaşlarının danışıqlar qruplarının iştirakı ilə işçi görüş Milad bayramına qədər baş tuta bilər.
"Report" "İnterfaks-Ukrayna"ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Ofisinin rəhbəri Kirill Budanov jurnalistlərə açıqlamasında bildirib.
"Buna ümid edirəm", - o, müvafiq sualı cavablandırarkən bildirib.
Rusiyanın mövqeyi nəzərə alınmaqla avropalı nümayəndələrin danışıqlar masası arxasında fiziki iştirak ehtimalını şərh edən o, belə bir formatın real olduğunu qeyd edib.
Öz növbəsində, Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib ki, Rusiya, ABŞ və Ukrayna danışıqları dayandırılmayıb və ləngiməyib, lakin növbəti raundun tarixi hələ ki müəyyən edilməyib.
Onun sözlərinə görə, Moskva danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirilən formatdakı kimi davam etdirməyə hazırdır.
S.Ryabkov həmçinin qeyd edib ki, Avropa nümayəndələri ilə təmaslar barədə ona heç nə məlum deyil. Bununla yanaşı, o vurğulayıb ki, əgər onlar şərtlər irəli sürürlərsə, o zaman "dialoq üçün öz şanslarını sıfırlayırlar".
Mənbə: Report · 25.11.2026, 20:22 · orijinal məqalə