Ukraynada deputatlar mandatlarını itirmədən hərbi xidmət keçə bilər
· 1 mənbə
Ukrayna Ali Radasına deputatların mandatlarını itirmədən müqavilə əsasında hərbi xidmətdə iştirak etməsinə imkan verən qanun layihəsi daxil olub.
"Report"un Şərqi Avropa bürosunun məlumatına görə, sənədin ilin sonunadək müzakirəyə çıxarılması planlaşdırılır.
Qanun layihəsi qəbul olunacağı təqdirdə, deputatlar mandatlarını saxlamaqla parlamentin iclaslarında iştirak etmədən cəbhədə hərbi xidmət keçə biləcəklər.
Hərbi xidmətin könüllülük əsasında həyata keçiriləcəyi bildirilir.
Mənbə: Report · 26.11.2026, 14:25 · orijinal məqalə