Misirdə yanacaqdaşıyan avtomobilin partlaması nəticəsində ölənlərin sayı 34 nəfərə çatıb

· 1 mənbə

Misirin paytaxtı Qahirədə yanacaqdaşıyan avtomobilin partlaması nəticəsində ölənlərin sayı 34 nəfərə çatıb.

APA xəbər verir ki, bu barədə Misirin səhiyyə naziri Xalid Əbdülğaffar məlumat verib.

Qeyd edək ki, qəza nəticəsində daha əvvəl 21 nəfərin yaralandığı bildirilmişdi.

Misirin Baş Prokurorluğunun açıqlamasına görə, qəzaya səbəb olan avtomobil saatda 110 kilometr sürətlə hərəkət edib. Sürücü ötmə manevri edərkən avtomobilin sol ön hissəsi yanacaq tankerinin sağ arxa hissəsinə çırpılıb.

Toqquşmanın təsirindən aşan tankerdən yola yanacaq dağılıb və bundan sonra yanğın baş verib.

Qəzanı törədən avtomobilin sürücüsü saxlanılıb.

Mənbə: APA · 29.11.2026, 22:17 · orijinal məqalə

Bu barədə kim yazır

APA saytında oxu