Xəzərdə güclü külək və 6 metrlik dalğalar gözlənilir - Xəbərdarlıq

· 1 mənbə

Xəzər dənizində küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib.

Milli.Az xəbər verir ki, bu barədə Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi məlumat yayıb.

Bildirilib ki, Xəzər dənizinin akvatoriyasında müşahidə olunan güclü küləyin noyabrın 25-dək davam edəcəyi gözlənilir.

Proqnoza əsasən, noyabrın 25-də gün ərzində şimal-qərb və şimal küləkləri əsəcək. Küləyin sürətinin 18-23 m/s, arabir 25-28 m/s, açıq dənizdə isə 30 m/s-dək güclənəcəyi ehtimal olunur.

Dalğaların hündürlüyünün 2,5-3,5 metr olacağı, sonrakı saatlarda isə 4-6 metrə çatacağı proqnozlaşdırılır.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Mənbə: Milli.az · 24.11.2026, 13:00 · orijinal məqalə

Bu barədə kim yazır

Milli.az saytında oxu