25 nəfər məktəbdəki partlayışın qurbanı oldu
· 1 mənbə
Əfqanıstanın Kunar vilayətindəki orta məktəbdə baş verən güclü partlayış nəticəsində azı 25 nəfər ölüb, 50-yə yaxın insan yaralanıb.
Publika.az xəbər verir ki, bu barədə Əfqanıstanın "Hasht-e Subh Daily" nəşri məlumat yayıb.
Həlak olanların və xəsarət alanların hamısı orta məktəb şagirdləridir. Yaralılar vilayət xəstəxanasına çatdırılıb.
Hadisənin səbəbləri hələlik məlum deyil.
Mənbə: Publika.az · 28.11.2026, 13:15 · orijinal məqalə
Bu barədə kim yazır
Publika.az
25 nəfər məktəbdəki partlayışın qurbanı oldu