Yeni Konstitusiyada müxalifətə kvota ayrılacaq

· 1 mənbə

Ermənistanın yeni Konstitusiya layihəsində bütün müstəqil və muxtar qurumlarda müxalifət üçün kvota nəzərdə tutulub.

Modern.az xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.

“Yeni Konstitusiyanın mətnində görünməmiş bir yenilik təklif olunur – bütün müstəqil və muxtar qurumlarda müxalifət üçün kvota nəzərdə tutulur. Bu, vəzifələrin siyasiləşdirilməsi demək deyil. Lakin məhkəmə sistemində və Mərkəzi Bankda inklüzivliyin təmin olunması üçün müəyyən zəmanətlər yaradılır”, – Paşinyan vurğulayıb.

Mənbə: Modern.az · 26.11.2026, 13:10 · orijinal məqalə

Bu barədə kim yazır

Modern.az saytında oxu