Yunanıstan pasportunda Xankəndi “Stepanakert” kimi göstərilib - XİN faktı araşdıracaq
· 1 mənbə
Bakı. Trend:
Avropa İttifaqına üzv Yunanıstan tərəfindən verilmiş pasportda Azərbaycanın Xankəndi şəhərinin adı “Stepanakert” kimi qeyd olunub.
Bu barədə erməni jurnalist Nairi Hohikyan sosial şəbəkə hesabında paylaşım edib.
Onun sözlərinə görə, 1978-ci il təvəllüdlü, Yunanıstan vətəndaşlığı almış erməni əsilli şəxsin pasportunda doğum yeri kimi “Stepanakert” yazılıb.
Məsələ ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyi Trend-in sorğusuna cavab olaraq bildirib ki, faktla bağlı dəqiqləşdirmələr aparılacaq.
Qeyd edək ki, Ermənistan noyabrın 1-dən yeni biometrik pasportların verilməsinə başlayıb. Yeni sənədlərdə Qarabağda doğulmuş və Ermənistan vətəndaşlığı almış şəxslərin doğum yeri bölməsində ölkə adı kimi “Azərbaycan” göstərilir.
Mənbə: Trend · 24.11.2026, 14:08 · orijinal məqalə