Zelenski: ABŞ sülh sazişinin yanvar ayına qədər imzalanmasını istəyir

· 1 mənbə

Ukrayna liderinin sözlərinə görə, ölkəsi mühüm güzəştlərə getmək məcburiyyətində qala bilər. Bununla yanaşı, Rusiya Prezidenti Vladimir Putin müharibəni dayandırmağa hazır olduğuna dair heç bir əlamət göstərmir. V.Zelenski bildirib ki, Kiyev üçün məqbul olan sülh sazişi imzalanmasa, Ukrayna ABŞ-dən mühüm hərbi yardım paketi tələb edəcək. Kiyev, həmçinin Rusiyaya qarşı daha sərt sanksiyaların tətbiqini istəyəcək. “Ukraynaya dəstəyin və sanksiyaların səviyyəsi ruslar üçün aydın siqnal olacaq dərəcədə olmalıdır. Danışıqlar masasına əyləşməyin və müharibəni dayandırmağın vaxtıdır”, – deyə dövlət başçısı vurğulayıb. Noyabrın 21-də V.Zelenski D.Trampın komandasının dekabrın 25-dək Ukrayna üzrə yeni sülh danışıqlarının keçirilməsinə çalışdığını bildirib.

Mənbə: Xəzər Xəbər · 24.11.2026, 17:59 · orijinal məqalə

Bu barədə kim yazır

Xəzər Xəbər saytında oxu