Zelenski: "Atəşi dayandırmağa və sülh danışıqlarına başlamağa hazırıq!"

· 1 mənbə

Ukrayna hazırkı cəbhə xətti boyunca atəşi dayandırmağa və Rusiya ilə sülh danışıqlarına başlamağa hazırdır.

Publika.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski “Əl-Cəzirə” telekanalına verdiyi müsahibədə bildirib.

“Biz belə addımlar atmağa - olduğumuz yerdə dayanmağa hazırıq. Biz təmas xətti boyunca atəşkəsdən danışırıq”, - deyə Zelenski bildirib.

Prezidentin sözlərinə görə, bu, çox əhəmiyyətli bir kompromisdir.

“Biz başa düşürük ki, Rusiya ordusu bizim torpağımızı tərk etmək istəmir. Buna görə də deyirik: yaxşı, gəlin burada dayanaq və diplomatiyaya keçək”, - deyə Prezident izah edib.

Xatırladaq ki, daha əvvəl media orqanları öz mənbələrinə istinadən ABŞ Prezidenti Donald Trampın yanvar ayına qədər Ukrayna və Rusiya arasında sülh müqaviləsi bağlamaq istədiyini bildirmişdilər.

Tramp özü isə Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün heç bir son tarix təyin etmədiyini vurğulayıb. Eyni zamanda, o, münaqişəni mümkün qədər tez həll etmək istədiyini qeyd edib.

Mənbə: Publika.az · 29.11.2026, 13:33 · orijinal məqalə

Bu barədə kim yazır

Publika.az saytında oxu