Zelenskinin təhlükəsizliyi ilə bağlı Lukaşenkonun təklifinə Kremldən reaksiya

· 2 mənbə

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Belarus lideri Aleksandr Lukaşenkonun Ukrayna Prezidenti Volodimir Zelenskini təhlükəsizliyinə zəmanət verməklə Moskvaya aparmaq təklifini müsbət qiymətləndirib.

Modern.az xəbər verir ki, bu barədə Rusiya KİV-i məlumat yayıb.

Peskov Lukaşenkonun təşəbbüsünü “çox yaxşı təklif” adlandırıb.

“Belarus prezidentinin bu münaqişənin həllinə passiv şəkildə kömək etməyə hazır olduğunu dəfələrlə bildirdiyi məlumdur. Yeri gəlmişkən, bu, Zelenski üçün çox yaxşı təklifdir. Amma bildiyimiz kimi, onun xoşuna gəlməyib”, – deyə Kremlin sözçüsü bildirib.

Qeyd edək ki, Aleksandr Lukaşenko bu təklifi noyabrın 24-də səsləndirib. O, Vladimir Putinin Zelenskinin danışıqlar üçün Moskvaya gəlməsi ilə bağlı çağırışını xatırladaraq, Ukrayna lideri ilə birlikdə Rusiyanın paytaxtına uçmağa hazır olduğunu deyib.

“Putin nə vaxtsa kifayət qədər sərt tələb irəli sürmüşdü: Zelenski istəyirsə, Moskvaya gəlsin. Mən və Volodya Zelenski birlikdə oturub Moskvaya uça bilərik. Mən onun təhlükəsizliyinə zəmanət verən şəxs kimi onunla birlikdə təyyarəyə minib Moskvaya gedə bilərəm”, – Lukaşenko bildirib.

Lakin Volodimir Zelenski Belarus liderinin təklifini qəbul etməyib və təşəbbüsü konstruktiv hesab etmədiyini söyləyib.

“Lukaşenko məni özü ilə aparmağı təklif edir. Mən onun üçün çamadanam, nəyəmr? Məni təyyarəyə mindirib Moskvaya aparmaq istəyir. Nə üçün?”, – Ukrayna Prezidenti bildirib.

Mənbə: Modern.az · 25.11.2026, 16:38 · orijinal məqalə

Bu barədə kim yazır

Oxu.az saytında oxu